1. Menüye atla
  2. İçeriği geç
  3. Alt bilgiyi geç

I. BEYNƏLXALQ TÜRKİYƏ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ SİMPOZİUMU

 

 

 

İŞTİRAK ƏRİZƏSİ

 

 

TÜRKİYƏ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ SİMPOZİUMUI. BEYNƏLXALQ

(12-14 May 2016)

 

SİMPOZİUMUN FƏXRİ SƏDRLƏRİ
Prof. Dr. Seyit AYDIN

Kastamonu Universitetinin Rektoru /Türkiyə

Prof. Dr. Cəfər CƏFƏROV

Azərbaycan Turizm və Menecment Universitetinin Rektoru /Azərbaycan

Önəmli Tarixlər

Simpoziumun elanı: 1 yanvar 2016

Məruzələrin tezislərinin göndərilməsi üçün son tarix: 1 mart 2016

Qəbul edilən məruzələrin elanı: 1 aprel 2016

Məruzələrin tam mətnlərinin göndərilməsi üçün son tarix: 5 may 2016

Simpozium proqramının elanı: 10 may 2016

Simpoziumun keçiriləcəyi tarix: 12-14 may 2016

 

Dəstəkləyən qurumlar

 

Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı

E-mail: Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir.     http://simpozium.kastamonu.edu.tr/

 

SİMPOZİUM KOORDİNATORLARI

Dr. Eldar ASLANOV (Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru/Azərbaycan)

Doç. Dr. Mehmet Serhat YILMAZ (Kastamonu Universiteti/Türkiyə)
Doç. Dr. Mübariz AĞALAROV (Azərbaycan Turizm və Menecment Universiteti /Azərbaycan)

Doç. Dr. Namiq MUSALI (Kastamonu Universiteti/Türkiyə)

Yrd. Doç. Dr. Mustafa EĞİLMEZ (Kastamonu Universiteti/Türkiyə)

Baş mütəxəssis Orxan MUSA (Azərbaycan Turizm və Menecment Universiteti /Azərbaycan)

 

TƏŞKİLAT KOMİTƏSİ

Doç. Dr. Mübariz AĞALAROV (Azərbaycan Turizm və Menecment Universiteti /Azərbaycan)

Doç. Dr. Sənan ƏLİYEV (Azərbaycan Turizm və Menecment Universiteti /Azərbaycan)

Doç. Dr. Namiq MUSALI (Kastamonu Universiteti/Türkiyə)

Doç. Dr. Rəhman SƏFƏROV (Azərbaycan Turizm və Menecment Universiteti /Azərbaycan)

Doç. Dr. Sevda VƏZİROVA (Azərbaycan Turizm və Menecment Universiteti /Azərbaycan)

Doç. Dr. Cevdet YAKUPOĞLU (Kastamonu Universiteti/Türkiyə)

Doç. Dr. Mehmet Serhat YILMAZ (Kastamonu Universiteti/Türkiyə)

Yrd. Doç. Dr. Mustafa BOSTANCI (Kastamonu Universiteti/Türkiyə)

Yrd. Doç. Dr. Ercan ÇELEBİ (Kastamonu Universiteti/Türkiyə)

Yrd. Doç. Dr. Mustafa EĞİLMEZ (Kastamonu Universiteti/Türkiyə)

Yrd. Doç. Dr. Sibel KUNDAKÇI (Kastamonu Universiteti/Türkiyə)

Yrd. Doç. Dr. Özlem KUTKAN (Kastamonu Universiteti/Türkiyə)

Yrd. Doç. Dr. Fahri MADEN (Kastamonu Universiteti/Türkiyə)

Yrd. Doç. Dr. Ahmet ÖĞRETEN (Kastamonu Universiteti/Türkiyə)

Yrd. Doç. Dr. Sevda ÖZKAYA (Kastamonu Universiteti/Türkiyə)

Dr. Eldar ASLANOV (Azərbaycan Turizm və Menecment Universiteti /Azərbaycan)

 

DƏYƏRLƏNDİRMƏ KOMİTƏSİ

Prof. Dr. Yonca ANZERLİOĞLU (Hacettepe Universiteti/Türkiyə)

Prof. Dr. Şahmurat ARIK (Kastamonu Universiteti/Türkiyə)

Prof. Dr. Mehmet ATALAN (Kastamonu Universiteti/Türkiyə)

Prof. Dr. Saim ATEŞ (Kastamonu Universiteti/Türkiyə)

Prof. Dr. Seyfullah ÇEVİK (Gediz Universiteti/Türkiyə)

Prof. Dr. İlyas DOĞAN (Gazi Universiteti/Türkiyə)

Prof. Dr. Minəxanım ƏSƏDOVA  (Azərbaycan Turizm və Menecment Universiteti /Azərbaycan)

Prof. Dr. İlyas GÖKHAN (Nevşehir Hacı Bektaş Veli Universiteti/Türkiyə)

Prof. Dr. Muhsin HALİS (Kastamonu Universiteti/Türkiyə)

Prof. Dr. Fəzail İBRAHİMLİ (Bakü Devlet Universiteti/Azerbaycan)

Prof. Dr. Bilgin Ünal İBRET (Kastamonu Universiteti/Türkiyə)

Prof. Dr. Darhan KYDYRALİ (Türk Dili Konuşan Ülkeler İşbirliği Konseyi Genel Sekreter Yrd)

Prof. Dr. Olcobay KARATAYEV (Manas Universiteti/Kırgızistan)

Prof. Dr. Mirzabergen MALBAKOV (Kazakistan)

Prof. Dr. Abdilbaet MAMASIDIKOV (İktisat ve Girişimcilik Universiteti/Kırgızistan)

Prof. Dr. Ali Rafet ÖZKAN (Kastamonu Universiteti/Türkiyə)

Prof. Dr. Mehmet ŞAHİNGÖZ (Gazi Universiteti/Türkiyə)

Prof. Dr. Kərim ŞÜKÜROV (Azərbaycan Turizm və Menecment Universiteti /Azərbaycan)

Prof. Dr. Ahmet TAŞĞIN (Necmettin Erbakan Universiteti/Türkiyə)

Prof. Dr. Kantörö Şaripoviç TOKTOMAMATOV (İktisat ve Girişimcilik Universiteti/Kırgızistan)

Prof. Dr. Nüket TÖR (Kastamonu Universiteti/Türkiyə)

Prof. Dr. Refik TURAN (Türk Tarih Kurumu Başkanı/Türkiyə)

Prof. Dr. Yavuz UNAT (Kastamonu Universiteti/Türkiyə)

Prof. Dr. Selma YEL (Gazi Universiteti/Türkiyə)

Prof. Dr. Behçet Kemal YEŞİLBURSA (Uludağ Universiteti/Türkiyə)

Doç. Dr. Cavid Abdulzade (Ankara Universiteti/Türkiyə)

Doç. Dr. İbrahim ƏLİYEV (Azərbaycan Turizm və Menecment Universiteti /Azərbaycan)

Doç. Dr. Kənan ALLAHVERDİYEV (Azərbaycan Turizm və Menecment Universiteti /Azərbaycan)

Doç. Dr. Burhan BALTACI (Kastamonu Universiteti/Türkiyə)

Doç. Dr. Sadettin BAŞTÜRK (Nevşehir Hacı Bektaş Veli Universiteti/Türkiyə)

Doç. Dr. Bahadur BİLALOV (Azərbaycan Turizm və Menecment Universiteti /Azərbaycan)

Doç. Dr. Serkan DİLEK (Kastamonu Universiteti/Türkiyə)

Doç. Dr. Erkan GÖKSU (Dokuz Eylül Universiteti/Türkiyə)

Doç. Dr. Toğrul İSMAYIL (TOBB Ekonomi Universiteti/Türkiyə)

Doç. Dr. Kadir KARATEKİN (Kastamonu Universiteti/Türkiyə)

Doç. Dr. Selahattin KAYMAKÇI (Kastamonu Universiteti/Türkiyə)

Doç. Dr. Mais KÖÇƏRLİ (Azərbaycan Turizm və Menecment Universiteti /Azərbaycan)

Doç. Dr. Oktay KIZILKAYA (Kafkas Universiteti/Türkiyə)

Doç. Dr. Gulfar MAMİRBEKOVA (Kazakistan)

Doç. Dr. Vüsalə MUSALI (Kastamonu Universiteti/Türkiyə)

Doç. Dr. Namık MUSALİ (Kastamonu Universiteti/Türkiyə)

Doç. Dr. Kemal MUSTAEV (Özbekistan)

Doç. Dr. Batır NORBAEV (Kastamonu Universiteti/Türkiyə)

Doç. Dr. Kutay OKTAY (Kastamonu Universiteti/Türkiyə)

Doç. Dr. Ebulfez SÜLEYMANLI (Üsküdar Universiteti/Türkiyə)

Doç. Dr. Abdullah TEMİZKAN (Ege Universiteti/Türkiyə)

Doç. Dr. Erol TURAN (Kastamonu Universiteti/Türkiyə)

Doç. Dr. İsmet TÜRKMEN (Gaziosmanpaşa Universiteti/Türkiyə)

Doç. Dr. Tolga ULUSOY (Kastamonu Universiteti/Türkiyə)

Doç. Dr. Cevdet YAKUPOĞLU (Kastamonu Universiteti/Türkiyə)

Doç. Dr. Yahya YEŞİLYURT (Kastamonu Universiteti/Türkiyə)

Doç. Seyhan YILMAZ (Kastamonu Universiteti/Türkiyə)

Doç. Dr. Mehmet Serhat YILMAZ (Kastamonu Universiteti/Türkiyə)

Doç. Dr. Rahimjon YUSUPOV (Semerkant Devlet Universiteti/Özbekistan)

Doç. Dr. Məhərrəm ZÜLFÜQARLI (Azərbaycan Turizm və Menecment Universiteti /Azərbaycan)

 

SİMPOZİUM KATİBLİYİ

Yrd. Doç. Dr. Özlem KUTKAN (Kastamonu Universiteti/Türkiyə)

Arş. Gör. Sinem DEMİR (Kastamonu Universiteti/Türkiyə)

Arş. Gör. Okan DEMİR (Kastamonu Universiteti/Türkiyə)

Arş. Gör. Ebubekir Sıddık ATA (Kastamonu Universiteti/Türkiyə)

 

Simpozium haqqında

Bu gün “Bir millet, iki dövlət” olaraq səciyyələndirilən Türkiyə və Azərbaycan Cümhuriyyətləri arasındakı qarşılıqlı münasibətlər dərin tarixi köklər üzərində yüksəlir. Ortaq soy, dil, inanç, mədəniyyət, tarix, ənənə və adətlər bu iki cümhuriyyəti bir-birinə yaxınlaşdırmaqda önəmli yer tutur. Həmçinin Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni, akademik, turistik və idman fəaliyyətləri kimi müxtəlif sahələri əhatə edən əməkdaşlıq, müasir dövrdə beynəlxalq müstəvidəki ən yaxşı dostluq və qardqşlıq örnəklərindən birini təşkil etməkdədir.

Bu cəhətləri nəzərə alan Türkiyə Cümhuriyyeti Kastamonu Universiteti ile Azərbaycan Respublikası Azərbaycan Turizm və Menecment Universiteti iki ölkə arasındakı münasibətləri müxtəlif yönləri ilə araşdırmağı və bu çərçivədə iki beynəlxalq simpozium təşkil etməyi qərara almışdır. Bu simpoziumların birincisi 12-14 may 2016 tarixlərində Kastamonu Universitetinin ev sahibliyində Fən Ədəbiyyat Fakültəsi Tarix Bölümü öncüllüyündə Kastamonuda gerçəkləşdiriləcəkdir. Məruzələr iki gün boyunca təqdim ediləcək, üçüncü gün isə bir səyahət təşkil edilərək qonaqlara Kastamonunun tarixi və mədəni mirası tanıdılacaqdır.

Simpoziumda məruzə ediləcək dillərin Türkiyə türkcəsi, Azərbaycan türkcəsi və ingiliscə olması uyğun görülmüşdür. Simpoziumda təqdim olunacaq məruzələrin tam mətnləri simpoziumdan sonra simpozium kitabı olaraq nəşr ediləcəkdir. Simpoziuma məruzə ilə qatılmaq istəyən şəxslər simpozium təqviminə uyğun olaraq tezislərini və məruzələrini simpozium katibliyinə göndərməlidirlər. Dəyərləndirmə komitəsi tərəfindən qəbul edilən məruzələrin sahiblərinə lazımi məlumatlar veriləcəkdir.

Simpoziumda yer alması planlaşdırılan mövzu başlıqları aşağıda təqdim olunmuşdur. Simpoziumun ümumi çərçivəsinə uyğun olması şərti ilə, təklif ediləcək fərqli mövzular da dəyərləndirməyə alınacaqdır.

Simpoziumun başlıca mövzuları

-   Türkiyə tarixi haqqında Azərbaycan qaynaqları

-   Azərbaycan tarixi haqqında Türkiyə qaynaqları

-   Türkiyə və Azərbaycan arasındakı siyasi münasibətlər

-   Türkiyə və Azərbaycan arasındakı iqtisadi imünasibətlər

-   Türkiyə və Azərbaycan arasındakı turizm, sosial və mədəni münasibətlər

-   Türkiyə və Azərbaycan arasındakı elm və təhsil münasibətləri

-   Türkiyə - Azərbaycan münaibətlərində gələcəyə yönəlik perspektivlər

Simpoziumda əsas etibariylə yaxın çağ və cümhuriyyət dövrlərinə aid məruzələrin təqdim olunmasına üstünlük verilir. Buna baxmayaraq, özündən sonrakı proseslərə təsir göstərən və təsirləri günümüzə qədər uzanan daha öncəki dövrlərə aid hadisələr, proseslər və şəxsiyyətlər barəsində göndəriləcək məruzələr də dəyərləndirilə bilər. Başlıca mövzulardan kənarda qalan, lakin hər iki ölkə arasındakı münasibətlərin müxtəlif yönlərini aydınlaşdırmağa yardım edə bilən mövzularda məruzələr də diqqətə alınacaqdır.  

Önəmli tarixlər

Simpoziumun elanı

1 yanvar 2016

Məruzələrin tezislərinin göndərilməsi üçün son tarix

1 mart 2016

Qəbul edilen məruzələrin elan edilməsi

1 aprel 2016

Məruzələrin tam mətnlərinin göndərilməsi

5 may 2016

Simpozium proqramının elan edilməsi

10 may 2016

Simpoziumun tarixi

12-14 may 2016

Düzəldilməsi lazım olan məruzələrin müəlliflərə geri göndərilməsi

10 iyun 2016

Məruzələrin tam mətnlərinin  nəşr edilmək üçün göndərilməsi

30 iyun 2016

 

Məruzələrin yazı qaydaları

Simpoziuma təqdim olunacaq materiallar daha öncə heç bir yerdə məruzə edilməmiş və çap olunmamış, yeni məlumatları əks etdirən orijinal məqalələrdən ibarət olmalıdır.

Müəllif, məruzənin başlığından sonra öz adını qeyd edərkən çalışdığı qurumu və elmi dərəcəsini də yazmalıdır. Məruzələrdə xülasə və giriş hissələrinin ardınca əsas mövzu yarımbaşlıqlar altında açıqlanacaq, ən sonda isə nəticə hissəsinə və qaynaqçaya yer veriləcəkdir. Məruzələrin xülasələri 200 sözdən artıq olmamalıdır. Məruzələr Times New Roman yazı üslubuna, 12 şiriftinə, 1,5 sətir aralığına və 2,5 sm. kənar boşluqlarına malik olmalıdır. Məruzələrin tam mətnlərinin 8 səhifədən az və 20 səhifədən çox olmamasına diqqət edilməlidir.

İstinad edərkən qaynaqlar mətn altında (səhifənin aşağısında) göstərilməlidir. Qaynaq göstərilərkən müəllifin adı və soyadı, əsər adı (kursiv şəklində), nəşr edildiyi yer, il və istinad edilən səhifənin nömrəsi yazılmalıdır. İki müəllifli əsərlərə istinad olunarkən hər iki müəllifin də adı yazılmalıdır. Çox müəllifli əsərlərə istinad edilərkən sadəcə ilk müəllifin adı göstərilməli və ardınca “və d.” (və digərləri) yazılmalıdır.

Qaynaqça tərtib edilərkən müəllifin soyadı, sonra adı yazılmalı, bunun ardınca kitabın adı (kursiv şəklində), çap olunduğu yer, nəşriyyatın adı və nəşr ili göstərilməlidir. Örnək: Mikail, Elnur Hasan ve Tazegül, Alper. Türkiyə ile Azerbaycan Siyasi ve Ekonomik İlişkileri (1990-2005). İstanbul: IQ Kültür Sanat Yayıncılık, 2012.

Məqalə, məruzə və ensiklopediya maddələrinin adlarında müəllifin soyadı və adı, dırnaq içində məqalə / məruzə / maddə başlığı, daha sonra kursiv şəklində çap edildiyi jurnalın / kitabın adı, nömrəsi / cildi, ili və səhifələri qeyd olunmalıdır. Örnək: Bünyadov, Ziya. “Azerbaycan”, Türkiyə Diyanet Vakfı İslam Ansiklopedisi, Cilt: 4, Yıl:1991, s.317-322.

Məruzə yazı qaydalarına və akademik kriteriyalara uyğun olmayan məruzələr, düzəldilmələri üçün üçün müəllifə geri göndəriləcək, göstərilən tarixə qədər göndərilməyən məruzələr simpozium kitabında yer almayacaqlar.

Səfər və otel məlumatları

Simpoziuma məruzəsi qəbul edilen iştirakçıların Kastamonu’da qalması Kastamonu Universiteti tərəfindən təmin ediləcək. Türkiyə xaricindən gələcək iştirakçıların səfərlərinin təşkili və qalacaqları otellər barəsində daha sonra məlumat veriləcək.

Əlaqə

Kastamonu Universiteti/Türkiyə Fen Edebiyat Fakültesi Tarih Bölümü,

37100 Kastamonu/Türkiyə

Telefon: +90.366.2801959 - +90.366.2801957

Faks: +90.366.2154969

E-mail: Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir.

http://sempozyum.kastamonu.edu.tr/

 

 

 

 

 

 

I.Uluslararası Türkiye-Azerbaycan Münasebetleri